Qarabağdakı ermənilər İki aydan çoxdur “pasport”suz qalıb – Nə baş verir?backend

Qarabağdakı ermənilər İki aydan çoxdur "pasport"suz qalıb - Nə baş verir?

“Qarabağda separatçı-terrorçu rejim ermənilərə “pasport” verməyi dayandırıb.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib.

O bildirib ki, Xankəndidə yaşayan ermənilərin sözlərinə görə, son iki ayda “pasport idarələri” onları geri qaytarır: “Pasport” almaq yaşı çatanlar və vaxtı bitmiş sənədi dəyişdirmək istəyənlər “pasportsuz” qalıblar. “Problemin” nə vaxt həll olunacağı haqda məlumat verilmir”.

Xatırladaq ki, ermənilərin rus pasportu almaq ümidləri də bir müddət öncə puça çıxmışdı. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağa qayıtmış ermənilərə guya rus pasportu veriləcəyi  kimi absurd yalanları təkzib etmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

  • Namiq
    Sentyabr 14, 2021 - 13:48

    Böyük ehtimalla rus pasportu almağı hədəfləyiblər. Ermənilər Kosobokovun bu missiyanı reallaşdıracağını düşünürlər

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*