Qarabağdakı sülhməramlı missiyanın xərclərini kim ödəyəcək?backend

Qarabağdakı sülhməramlı missiyanın xərclərini kim ödəyəcək?

Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas zonasına yerləşdirilməsi Bakı ilə İrəvan arasında geniş miqyaslı müharibə şansını azaldıb. İndi bir çox mütəxəssis bu atəşkəsdən kimin faydalanacağını, hansı ölkələrin (hər şeydən əvvəl Türkiyənin adı çəkilir) Qafqazda varlığını gücləndirdiyini və kimin (Rusiya burada tez-tez xatırlanır) oradan yavaş-yavaş sıxışdırıldığını anlamağa çalışır.

KONKRET.az xəbər verir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmağının maliyyələşdirilməsi məsələsi də çox ciddi müzakirə olunur. Nəzərə alaq ki, 5 il müddətində Rusiya sülhməramlıları Qarabağda qalacaq. İlkin hesablamalara görə Rus hərbçilərinin münaqişə bölgəsində qalmasının illik xərci ən azı 35-50 milyon dollara arasında dəyişəcək. Bu hesabla sülhməramlıların 5 illik xərci təxminin 175-250 milyon ABŞ dolları civarında dəyişəcək. Bəs bu qədər vəsaiti hansı dövlət ödəyəcək?

Sualın konkret cavabı əlimizdə olmadığı üçün beynəlxalq təcrübəyə müraciət etmək məcburiyyətində qaldıq.

1990-cı illərin ortalarında, BMT-də 7 mindən çox əsgərdən ibarət ən böyük sülhməramlı missiyasının maliyyələşdirilməsinə dair Anqola hökumətinin nümayəndələri ilə danışıqlarda iştirak etmək şansım oldu. O zaman, BMT kontingentinin saxlanılması xərclərinin ödənilməsi məsələsi yalnız BMT-yə üzv ölkələrin verdiyi töhfələr hesabına deyil, həm də Anqola hökümətinin hesabına həyata keçirilirdi.

Bir ara BMT-nin sülhməramlılarının maliyyələşdirilməsi məsələsi belə idi: Sülhməramlıların bütün xərclərini təcavüzkar tərəf ödəyirdi. Amma bu məsələ uzun sürmədi.Çünki, heç bir dövlət, heç bir halda özünü təcəvüzkar kimi tanımaq istəmir. Ona görə BMT çox vaxt “təcavüzkarı” sülhün qorunması üçün pul ödəməyə məcbur edə bilmirdi. 1990-cı illərin ortalarından bəri, BMT-nin sülhməramlılarının xərclərinin bir hissəsini ev sahibi dövlətin üzərinə qoyurdu. Məsələn, Angola, Kot d’İvuar və bu yaxınlarda – Konqo Demokratik Respublikasında bu qayda tərbiq olunub.

Ancaq Şimalı Kipr hökuməti, BMT-nin adadakı sülhməramlı qüvvələrinin büdcəsinin 40% -ni könüllü ödəyir. Yeri gəlmişkən, Kəşmirdəki ən qədim missiyanın xərclərini Hindistan və Pakistan arasında bölmək fikri var idi. Ancaq hər iki tərəf də özlərini haqlı sayırlar və BMT missiyasının qalması üçün pul ödəmək istəmirlər. Ancaq burada qeyd etmək lazımdır ki, hər iki tərəfdə missiya say baxımından olduqca azdır. Ona görə də bölgədə bahalı və çoxsaylı hərbi kontingentlərin yerləşdirilməsinə ehtiyac duyulmadı.

Elə isə Qarabağdakı sülhməramlıların saxlanılması xərclərini hansı dövlət öz üzərinə götürəcək?

Ortada dəqiq məlumat olmasa da müəyyən fikirlər səslənməkdədir. Məsələn, bir qism belə hesab edir ki, xərclər Ermənistanla Azərbaycan arasında bərabər şəkildə ödənilsin. Başqa bir maraqlı təkli isə belə idi ki, Rusiyada yerləşən erməni və azərbaycanlı iş adamları könüllü şəkildə bu xərcləri öz üzərlərinə götürsün. Təbii ki, digər bir təklif ondan ibarətdir ki, Rusiya höküməti “böyük qardaş” missiyasını öz üzərinə götürsün və xərcləri özü ödəsin.

Yuri Siqov,”Nezavisimaya qazeta”

Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*