“Qarabağdan ermənilərin axını bir günə başa çata bilər” – Sanosyanbackend

"Qarabağdan ermənilərin axını bir günə başa çata bilər" - Sanosyan

“Qarabağdan ermənilərin axını bir günə başa çatdırıla bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, Ermənistana gələn vətəndaş axını davam edir, dövlət qurumlarının, könüllülərin səyi ilə onların köçürülməsi və heç kimin küçədə qalmaması üçün hər şey edilir.

“Düşünürəm ki, daha bir gündən sonra axın bitəcək və biz yalnız gələnlərin ehtiyaclarını ödəməliyik”, – deyə Sanosyan bildirib.

Onun sözlərinə görə, dünən administrasiyalara vəsait ayrılıb ki, onlar vətəndaşları ilkin tələbat malları ilə təmin etsinlər.

Qarabağdan gələn ermənilərin İrəvanda niyə yerləşdirilmədiyini soruşduqda, Sanosyan izah edib ki, paytaxtda otellərdə praktiki olaraq pulsuz yerlər qalmayıb, kirayə evlər də yoxdur.

“Ona görə də onların rayonlar arasında köçürülməsinə qərar verilib”, – deyə erməni nazir əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*