“Qarabağdan imtina edən hər kəs Ermənistanda vətənə xəyanətdə təqsirli bilinəcək”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin mayın 2-də keçirilən iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib.
O bildirib ki, Qarabağdan imtina edən hər kəs Ermənistanda dövlətə xəyanətdə mühakimə olunacaq.
“Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qoruya bilməyənlərə, eləcə də onların nəslinə ölkəmizdə yer olmayacaq. Ermənistan ordusunu, eləcə də Qarabağ “müdafiə ordusu”nu zəiflədənlər bağışlanmayacaq. Erməni kimliyinin dayaqlarından olan Erməni Apostol Kilsəsinə hücum edən hər kəs qovulacaq”, – deyə Vardanyan “siyahı”nı davam etdirib.
O, belə bir Ermənistanın olacağına əminliyini bildirib.
“Və heç kəs indicə təsvir etdiyim Ermənistanın mövcud olacağına şübhə etməsin”, – deyə Vardanyan əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az