Qarabağdan könüllü gedən vəkilin qardaşı İrəvanda TUTULDUbackend

Qarabağdan könüllü gedən vəkilin qardaşı İrəvanda TUTULDU

Qarabağdan könüllü gedən vəkil Roman Yeritsyanın qardaşı Aram Yeritsyan İrəvanda saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “aysor.am” saytında yerləşdirilib.

Mənbə yazır ki, faktı vəkil Roman Yeritsyan təsdiq edib. Onun sözlərinə görə, qardaşı ikinci dəfə saxlanılıb.

Xatırladaq ki, vəkil avqustun 1-də demişdi ki, 10-a yaxın patrul əməkdaşı onun qardaşını döyərək müxtəlif bədən xəsarətləri ilə polis bölməsinə aparıb.

Avqustun 2-də Daxili İşlər Nazirliyi vəkilin açıqlamasına münasibət bildirib. Qurum Yeritsyanın döyülmədiyini, lakin həbsi zamanı patrul əməkdaşlarına zərbələr endirdiyini və müqavimət göstərdiyini deyib.

Nəticədə İstintaq Komitəsi bununla bağlı cinayət işi açıb.

Məhkəmə isə Yeritsyanın həbsi ilə bağlı vəsatəti təmin etməyib və onun həbsini qanunsuz elan edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*