“Qarabağı təslim etmək, Ermənistanı verməklə eynidir” – Vardanyanbackend

"Qarabağı təslim etmək, Ermənistanı verməklə eynidir" - Vardanyan

“Mənim üçün Qarabağı təslim etmək, Ermənistanı verməklə eynidir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyadan qondarma quruma “yamaq” göndərilmiş və Qarabağla bağlı arzuları “qursağında qalmış” oliqarx Ruben Vardanyan öz səhifəsində  paylaşdığı videoda bildirib.

“Mən dünyadakı erməniləri Qarabağ ətrafında yaranmış vəziyyət barədə mütəmadi olaraq məlumatlandırmağı vacib hesab edirəm. Biz erməni dünyasını maksimum dərəcədə Qarabağ məsələsinə cəlb etməliyik. Bu təkcə Qarabağın deyil, bütün ermənilərin problemidir. Bu yaxınlarda Nyu Cersidə erməni radio saatının və “Barev TV”nin yaradıcısı Vardan Abdo tərəfindən onlayn aparıcılıq etmək imkanım oldu. Mən bunu orada da qeyd etdim ki, mənim üçün Qarabağı təslim etmək, Ermənistanı verməklə eynidir”, – deyə Vardanyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*