“Azərbaycanın tərkibində Qarabağ ermənilərinin təhlükəsizliyi təmin edilə bilməz”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “keçmiş xarici işlər naziri” David Babayan “Nver Mnatsakanyanla bir gün” proqramında deyib.
O, Qarabağı Tayvan ilə müqayisə edib.
“Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları Azərbaycanın tərkibində təmin oluna bilməz.
Ermənilər Azərbaycanın tərkib hissəsi kimi etnik təmizləməyə məruz qala bilərlər. Ona görə də yalnız Qarabağın “status”unun Azərbaycandan kənarda müəyyən edilməsi variantlarına baxılmalıdır”, – deyə Babayan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az