Qaraçı ailəsində 19 yaşlı qız “qoca qarı” sayılır – MARAQLIbackend

Qaraçı ailəsində 19 yaşlı qız "qoca qarı" sayılır - MARAQLI

Dünyada yaşayan xalqların fərqli adət-ənənləri var. Qaraçıların adətləri isə dünya xalqlarının adətlərindən tamamilə fərqlənir.

KONKRET.az dünyanın ən “bəxtəvər” xalqının bəzi adət-ənənələrini araşdırıb. Məlum olub ki, bu xalqın toy adətləri tamam fərqlidir.

Qaraçı dəyərləri dərin köklərə malikdir və buna görə də toy mərasimləri onların adətləri arasında xüsusi fərqlənir. Qaraçıların ilk toy gecəsindəki adətləri tamam fərqlidir. Onların “toy gecəsi” bir çox xalqlardan fərqli olaraq, toyun gedişi zamanı baş verir və xüsusi təsdiq tələb edir.

Digər adətlərinə gəlincə, qaraçılar nigaha yeniyetməlik dövründə girirlər. Əgər Avropada 19 yaşlı gəncin evlənməsi nadir hadisədirsə, qaraçı ailəsində 19 yaşlı qız “qoca qarı”dır və onu yararsız hesab edirlər. Ona görə də qaraçı nikahları 15-18 yaşlarında baş verir. Elçilik uşaqların körpəlik vaxtında da baş verə bilər. Əgər gəlin on yaşına çatıbsa, on beş yaşına qədər gələcək həyat yoldaşının ailəsində yaşaya bilər.

Bəzən ailələr heç uşağın 15 yaşa çatmasını da gözləmirlər və iki tifil uşaq “ailə həyatı” qurur. Qaraçı ailəsində ağsaqqalların sözü qanundur. Ona görə də seçimi valideynlər, əsasən də ata həyata keçirir. Gəlinin razılığı formal sayılır, çünki o, qohumlarının iradəsinə qarşı çıxmağa cəsarət etmək gücündə deyil. Qaraçı toyunda “ZAQS”-a getmirlər, çünki qaraçılar arvad boşamırlar. Toy şənliyi adətən üç gün davam edir. Toya təxminən 300 qonaq gəlir. Toyun bütün xərclərini oğlan evi çəkir. Ona görə də ailədə oğlan uşağı dünyaya gələndə dərhal toy üçün pul yığmağa başlamaq qaraçıların adətidir. Maraqlıdır ki, Hindistandakı qaraçıların toyunda toy xərclərini əksinə, qız evi ödəyir.

Qaraçıların toyunda kişilərlə qadınlar ayrı-ayrı masalarda oturmalıdırlar. Qaraçı qanununa görə toy zamanı bəylə gəlin də ayrı-ayrı masalarda əyləşir. Ənənəyə görə, cütlük toyun ikinci günü bir masa arxasında yan-yana əyləşir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*