Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
KONKRET.az-ın məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 30 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:
– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü