Qardaş ölkəyə COVID yenidən qayıdıb – Azərbaycanda TƏHLÜKƏ RİSKİ…backend

Qardaş ölkəyə COVID yenidən qayıdıb - Azərbaycanda TƏHLÜKƏ RİSKİ...

Türkiyəli professor Dr. Muhəmməd Emin Akkoyunlu ölkədə COVID-19 yoluxmalarının yenidən artdığını bildirib. Maraqlıdır, Türkiyədə COVID-19 yoluxmalarının artması Azərbaycana təsir edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, əsas mənbə kimi Səhiyyə Nazirliyinin rəsmi statistikasına istinad edilməlidir:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." – Müsahibə

“Əgər nazirliyin verdiyi statistika görünsəydi, doğrudan da bu ciddi məlumat olardı və insan ehtiyat edərdi. Amma faktiki olaraq bilmirik ki, professor hansı prinsiplərə əsaslanıb bu fikirləri söyləyir. Digər tərəfdən, Türkiyədə vəziyyətin kəskinləşməsi fonunda COVID-dən siyasi məqsədlər üçün də istifadə edilə bilər”.

Həkimin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında gündəlik çoxsaylı aviareyslərin olması yoluxma riskini artırır:

“Əgər deyilənlər doğrudursa, əlbəttə ki, Azərbaycana da təsir göstərə bilər. Əslində COVID-in omikron variantı ölkəmizdə də bəzi insanlarda mövcuddur. Lakin bu variant güclü xəstəlik yaratmaq imkanına malik olmadığından nadir hallarda rast gəlinir və məhdudiyyətlər tətbiq etməyə əsas vermir”.

Rasif Bağırov əlavə edib ki, virusun güclü yayılma halı müşahidə olunarsa, qarşısının mütləq şəkildə alınması zəruridir:

“Ümumiyyətlə, COVID bütün dünyanı qorxuya saldı. Çin dövləti virusun ilkin mərhələdə yayılmasını gizlətməsəydi, prosesin qarşısını almaq olardı. Vaxtında tədbir görüləndə cəmiyyət üçün ağır nəticələr yaranmır. Yoluxma Azərbaycana gələ bilər, lakin indiki mərhələdə ciddi qorxu törədə biləcək vəziyyət yoxdur”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*