“Qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi” – Özbəkistan Prezidentibackend

“Qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi” - Özbəkistan Prezidenti

“Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qürur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

“Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.

Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər”, – deyə Prezident Şavkat Mirziyoyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*