Qaribaşvili Azərbaycan və Ermənistanla bağlı BƏYANAT VERDİbackend

Qaribaşvili Azərbaycan və Ermənistanla bağlı BƏYANAT VERDİ

“Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və bu danışıqlar bütün Cənubi Qafqazın maraqlarına cavab verir”.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyanat verib.

“Regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində Gürcüstanın mövqeyi və rolu çox neytral və qərəzsizdir. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, – Qaribaşvili Moldovada jurnalistlərə deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*