Qaribaşvili: “İlin sonuna kimi Gürcüstana bu status verilməsə, böyük səhv olacaq”backend

Qaribaşvili: "İlin sonuna kimi Gürcüstana bu status verilməsə, böyük səhv olacaq"

“Aİ ilin sonuna kimi Gürcüstana ittifaqa üzv namizəd statusu verməsə, bu, böyük səhv olar”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bratislavada Globsec təhlükəsizlik konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının hərəkətləri ədalətsiz idi. Çünki bir neçə ildir ki, Ukrayna və Moldova ilə müqayisədə Gürcüstan Aİ-yə daxil olmağa hazırlaşırdı.

“Düşünürəm ki, bu, ədalətsizlik idi, həqiqətən də əsassız, yersiz bir hərəkət idi. Burada Rusiyaya hansı mesaj verilir?

Yəni biz avropalılar Ukrayna və Moldovadan iki-üç dəfə yaxşı olan Gürcüstanı tərk edirik. Əgər layiq olduğumuzdan danışırıqsa, o zaman onlar görülən işlərə görə Gürcüstana layiq görülməli idi”, – Qaribaşvili bildirib.

O qeyd edib ki, cavab olaraq Brüssel onun hərəkətlərinin motivlərini izah edə bilməyib. Avropalı siyasətçilər yalnız Ukraynada silahlı münaqişənin getdiyini vurğulayıblar.

“Bizə ancaq Ukraynada müharibə getdiyini söylədilər.

Biz də 2008-ci ildə döyüşmüşük, torpaqlarımızın 20%-i hələ də işğal altındadır, bəs fərq nədədir?

İlin sonuna kimi Gürcüstan bu statusu almasa, bu, çox böyük səhv olar”, – Gürcüstanın baş naziri vurğulayıb.

Bundan əvvəl respublika parlamentinin spikeri Şalva Papuaşvili deyib ki, Gürcüstan Rusiya ilə münaqişə olacağı təqdirdə tək qalacaq.

O qeyd edib ki, Qərb Kiyevi yalnız silahla təmin edə bilər, lakin Ukrayna üçün döyüşmək niyyətində deyil.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*