Qaxda ər arvadını döyərək xəsarət yetirdibackend

Qaxda ər arvadını döyərək xəsarət yetirdi

Qaxda ər həyat yoldaşını döyərək xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Qaxın Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəmnində həyat yoldaşı, 33 yaşlı G. Musazadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb.

Faktla bağlı bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*