Qayda pozmayan sürücülərə cərimə protokolları gəldi – VİDEObackend

Qayda pozmayan sürücülərə cərimə protokolları gəldi - VİDEO

Yol hərəkəti qaydalarını pozmayan sürücüyə cərimə protokolu gəlib.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Ağdam sakini Ramin Rasimoğlunun başına gəlib.

O deyib ki, avtomobillərin dövlət qeydiyyat nişanları oxşar olduğundan cərimələrin ünvanı səhv salınıb.

Ramin Rasimoğlu qeyd edib ki, ona yazılan cərimələri bir dəfə ödəyib. Lakin sonradan cərimə yazılan avtomobilin ona məxsus olmadığını öyrənib.

Bənzər hadisə ilə Tovuz rayon sakini Ramin Hüseynov da qarşılaşıb. Bu hadisədə də aldadıcı məqam avtomobillərin dövlət nömrə nişanlarının oxşarlığı olub. Ancaq Ramin Hüseynov avtomobilin ona məxsus olmadığını dərhal anlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*