Qaydaları pozaraq toy keçirənlər və restoranlar CƏRİMƏLƏNDİbackend

Qaydaları pozaraq toy keçirənlər və restoranlar CƏRİMƏLƏNDİ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ləkçıplaq kənd sakinləri Rauf Səmədov və Eyvaz Səmədov, eləcə də şəhər sakini Toğrul Dəmirova məxsus fərdi yaşayış evlərində keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.

Həmin şəxslər barəsində protokol tərtib olunaraq cərimələniblər.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində təşkil olunan daha beş toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, “Şah Sarayı”, “Amin”, “Aydan” şadlıq saraylarında, “Şəlalə” və “Karnaval” istirahət mərkəzlərində təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Ümumilikdə isə Lənkəran rayonu ərazisində iyul ayının birindən təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn tələblərin pozulması ilə bağlı 42 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb, onlardan üç nəfəri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*