“Ermənistanın Xarici İşlər naziri noyabrda Azərbaycanın mümkün hərbi hücumu barədə məlumat verib. Geosiyasi təhlillər də bizə belə qənaətə gəlməyə imkan verir ki, bu, bəlkə də onun söylədiyi bir neçə həqiqətdən biridir. Çünki bu təhdidlər artıq ardıcıl olaraq hər tərəfdən gəlir. Türkiyə-Azərbaycan hərbi təlimləri plana uyğun olaraq mütəmadi xarakter alıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri bütün arsenalı ilə Ermənistandan yarana biləcək mümkün təhlükələri zərərsizləşdirməyə hazırdır. Başqa sözlə, təhlükə göz qabağındadır. Paşinyan hakimiyyəti sadəcə teatr tamaşaları ilə insanların əhval-ruhiyyəsini dağıtmağa çalışır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanın müdafiə sistemi çox düşünülmüş şəkildə dağıdılır:
“Altmışdan yuxarı adamın orduda nə işi var? Xüsusən də Silahlı Qüvvələrin ən böyük bölməsi olan “Artsax” Ordusu ləğv edildikdən sonra belə sual yaranır ki, orduya niuyə qeyri-peşəkarlar cəlb edilir. Müdafiə Nazirliyinin məlumatına görə, 25 günlük təlimlərdə həmin qeyri-peşəkarlar iştirak edib. Axı, bunun səbəbi nədir?”.
Günel Mikayılova,
KONKRET.az