“Qazax Sement Zavodu” valyuta tənzimi qaydalarını pozdubackend

“Qazax Sement Zavodu” valyuta tənzimi qaydalarını pozdu

“Qazax Sement Zavodu” MMC-yə cərimə protokolu yazılıb.

KONKRET.az xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Qazax Sement Zavodu” MMC respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Azərbaycanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir.

Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3 500 ton təşkil edir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanıb, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilib. Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*