Qazaxda 3 uşaq anası itkin düşdübackend

Qazaxda 3 uşaq anası itkin düşdü

Qazax rayonunda 28 yaşlı qadın itkin düşüb.

KONKRET.AZ xəbər verir ki, hadisə dekabrın 14-də baş verib.

Belə ki, Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Nigar Əsgərova Qazax rayon ərazisində yerləşən işlədiyi çörək sexindən çıxıb, lakin o, yaşadığı Ağstafa rayon Dağkəsəmən kəndindəki evinə geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Araşdırma əsasında məlum olub ki, N.Əsgərova itkin düşməmişdən əvvəl onu sonuncu dəfə anası Qazax rayonunda işlədiyi çörək sexində görüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Əsgərova 3 uşaq anasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*