Qazaxda 6 məktəb koronavirusa görə BAĞLANDIbackend

Qazaxda 6 məktəb koronavirusa görə BAĞLANDI

Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

 

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

 

Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.

 

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

 

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.

 

Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*