Qazax rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı, 1979-cu il təvəllüdlü Ə.Nurməmmədov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.