Qazaxda Ukrayna vətəndaşı çayda batdıbackend

Qazaxda Ukrayna vətəndaşı çayda batdı

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*