Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər deyil, 69 nəfər olub.
KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.
“İlkin məlumata görə, təyyarədə 69 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub”, – o qeyd edib.
Daha əvvəl təyyarədə 67 nəfərin olduğu bildirilirdi.