Qazaxıstan miqrasiya nəzarətini gücləndirmək istəyirbackend

Qazaxıstan miqrasiya nəzarətini gücləndirmək istəyir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Daxili İşlər Nazirliyi qanuna miqrasiya nəzarətinin gücləndirilməsinə yönəlmiş yeni dəyişikliklər üzərində işləyir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Miqrasiya Xidməti Komitəsi bildirib ki, may ayında pedofillərin, ekstremistlərin və terrorçuların ölkəyə girişini qadağan edən qanun qəbul edilib.

“İndi biz Qazaxıstanda 30 gündən çox qalacaq əcnəbilərin qeydiyyatının qaytarılmasını müzakirə edirik. Bu prosesin rəqəmsal texnologiyaların köməyi ilə asanlaşdırılması planlaşdırılır”, – Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkov bildirib.

Daxili İşlər Nazirliyi həmçinin saxta qeydiyyata görə cəzaları sərtləşdirməyi və qanunu pozanların tez bir zamanda ölkədən çıxarılması üçün yeni deportasiya mexanizmini tətbiq etməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*