Qazaxıstanın iri yataqlarında – Tengiz, Kaşaqan və Qaraçaqanakda neft hasilatı hava şəraiti və Xəzər Boru Kəməri Konsorsiumunda (CPC) qəbulun məhdudlaşdırılması səbəbindən azalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi neft hasilatı ilə bağlı açıqlama verib. Ölkənin energetika nazirinin müşaviri Şınqış İlyasovun sözlərinə görə, “Hazırda ölkənin iri yataqlarında hasilatın azalması 56% təşkil edir (gündə 76 min tona qədər). Qazaxıstan Respublikasının Energetika Nazirliyində vəziyyətin nə qədər davam etdiyi barədə məlumat yoxdur. Yaxın vaxtlarda hasilatda azalma olacaq”.
Energetika Nazirliyinin məlumatına görə, Tengiz, Kaşaqan və Qaraçaqanakda orta neft hasilatı sutkada 172 min ton təşkil edir.
Natiq Səlim,
KONKRET.az