Bu gecə Kasım-Jomart Tokayev Moskvaya gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, inaqurasiyadan sonra ilk xarici səfərini Tokayev Rusiyaya edib.
Sabah, noyabrın 28-də Tokayev Vladimir Putinlə danışıqlar aparacaq. Həmçinin, iki ölkə liderləri videokonfrans vasitəsilə Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunda iştirak edəcəklər.
Xatırladaq ki, bir gün əvvəl Qazaxıstanda Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. O, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib.
Qeyd edək ki, seçkilərdən sonra Tokayev artıq İrəvana işgüzar səfər edib. Qazaxıstan Prezidenti KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edib.
Xuraman Etibarlı,
KONKRET.az