“Qazaxıstan Rusiyaya kömək etməyəcək” – Tokayev – VİDEObackend

"Qazaxıstan Rusiyaya kömək etməyəcək" - Tokayev -  VİDEO

Qazaxıstan Rusiyaya kömək etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Rossiya-24″ kanalına müsahibəsində bildirib.

Tokayev deyir ki, Qazaxıstan Rusiyaya Qərb sanksiyalarının öhdəsindən gəlməyə kömək etməyəcək.

“İnanıram ki, Rusiya bütün çətinliklərin öhdəsindən gələcək. Rusiya böyük ölkədir. Lakin sanksiya sanksiyalığında qalır, biz onları pozmamalıyıq. Əgər biz sanksiyaları pozsaq, özümüz zərbə altında qalacağıq. Rusiyaya kömək etsək, Qazaxıstana sanksiya tətbiq olunacaq”, – deyə Tokayev vurğulayıb.

O qeyd edib ki, Putinin Moskvaya paradda iştirak etmək dəvətini qəbul edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*