Qazaxıstan “Taliban”ı terrorçu təşkilatların siyahısından çıxardıbackend

Qazaxıstan "Taliban"ı terrorçu təşkilatların siyahısından çıxardı

Qazaxıstan iqtisadi sahədə əməkdaşlığa başlamaq məqsədilə “Taliban”ı terrorçu təşkilatların siyahısından çıxarıb.

KONKRET.az xəbər verir ki, bunu ölkənin Prezidenti Kasım-Jomart Tokayev KTMT-yə üzv dövlətlərin parlament rəhbərləri ilə görüşdə bildirib.

O deyib ki, müasir dünyada prioritet məsələlərdən biri Əfqanıstanın regional əlaqələr sisteminə aktiv şəkildə cəlbindən ibarətdir.

Qazaxıstan liderinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlət arasında bu məsələdə yekdil fikir mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*