Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalandıbackend

Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalandı

Astanada keçirilən danışıqlardan sonra Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts iki ölkə arasında Əməkdaşlıq haqqında birgə Bəyannamə qəbul ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bundan əlavə, onların iştirakı ilə iki ölkənin mərkəzi bankları – “Deutsche Bundesbank” və Milli Bank arasında Texniki əməkdaşlığa dair Anlaşma Memorandumu; Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi arasında Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin nəzdində Qazaxıstan-Almaniya Elm və Texnologiyalar İnstitutunun yaradılmasına dair Niyyət Memorandumu və digər sənədlər imzalanıb.

Tərəflər xüsusilə enerji, “yaşıl transformasiya”, mədənçıxarma, nəqliyyat və logistika, iqlimin mühafizəsi, ekologiya və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*