Qazaxıstan vətəndaşı 8 illik Rusiya həbsxanasını 9 illik Ukrayna həbsxanasına “dəyişib”.
KONKRET.az xəbər verir ki, Ukrayna məhkəməsi 23 yaşlı Qazaxıstan vətəndaşı Şinqs Seipiyevi 9 il müddətinə azadlıqdan məhrum edib. O, “Vaqner” şirkətində muzdlu işdə təqsirli bilinib.
Seypiyev təcavüzə görə Rusiya həbsxanasında olarkən “Vaqner”ə işə götürülüb. Məhkəmə belə nəticəyə gəlib ki, qazax 8 il oturmalı olduğu Rusiya koloniyasında cəza çəkməmək üçün döyüşə gedib.
Bəxti gətirməyən Şınqıs Rusiya həbsxanasını Ukrayna həbsxanası ilə “əvəz etməli olub”.
Xuraman Etibarlı,
KONKRET.az