Qazaxıstanda AES-in tikintisi ilə bağlı işlərin təxmini dəyəri açıqlandıbackend

Qazaxıstanda AES-in tikintisi ilə bağlı işlərin təxmini dəyəri açıqlandı

Qazaxıstan 2025-ci ilin sonuna qədər Rusiya ilə atom elektrik stansiyasının (AES) tikintisi haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırır.

KONKRET.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, tərəflər artıq hökumətlərarası sazişin hazırlanmasına başlayıblar. “Cari ilin sonuna qədər bu sənədi imzalamağı planlaşdırırıq”, – o qeyd edib.

A.Satkaliyev həmçinin bildirib ki, AES-in tikintisi ilə bağlı işlərin dəyəri 14 milyard dollar təşkil edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*