Qazaxıstanın hökümət orqanları respublika vətəndaşlığını almaq üçün qazax dilinin məcburi biliyini nəzərdə tutan qanunvericiliyə düzəlişlər hazırlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.
Onun sözlərinə görə bu ikili vətəndaşlıq faktlarının qarşısının alınmasına yönəlib.
Bildirilir ki, qazax dilini, qazax xalqının adət-ənənələrini və mədəniyyətini öyrənmək istəyənlər üçün ölkədə 170-dən çox bazar günü məktəbi fəaliyyət göstərir.
Həmçinin miqrantlar dövlət dilini yerli idarəetmə orqanlarının tədris-metodiki mərkəzlərinin bazasında da öyrənə bilərlər.
Qeyd edək ki, konstitusiyaya görə, Qazaxıstanın dövlət dili qazax dilidir. Eyni zamanda, rus dili dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı rəsmi olaraq istifadə oluna bilər.
İqbal Rzayev,
KONKRET.az