Aktauda Azərbaycana məxsus “Embraer -190”-ın qəzaya uğramasının səbəbləri ilə bağlı Qazaxıstan tərəfi yeni bir açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, bu barədə orda kz məlumat yayıb. Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, hazırda proses mərhələlərə gedir. İndi mütəxəssislər toplanmış materialları təhlil edirlər:
“Qazaxıstan istintaq aparan bir ölkədir. Hər hansı bir araşdırma bir neçə mərhələyə bölünür. İlk mərhələ müvafiq materiallar toplusudur. İkinci mərhələdə, yəni toplanmış materialların öyrənilməsi mərhələsindəyik”.
Nazir deyib ki, bu mərhələ çərçivəsində Qazaxıstanla bərabər xarici mütəxəssislər, o cümlədən ICAO nümayəndələri ilə birlikdə Bakı, Qroznı və Rostov-Don-da olublar.
Qeyd edək ki, Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yolları 25 dekabr 2024-cü il səhər saatlarında Aktau hava limanına təcili eniş etməyə çalışarkən qəzaya uğrayıb. 69 nəfər sərnişindən yalnız 29-u sağ qala bilib.
Təyyarənin qalıqlarını araşdırdıqdan sonra mütəxəssislər müəyyən ediblər ki, təyyarə vurulub. Azərbaycan təyyarənin qəzası barədə beynəlxalq məhkəməyə müraciət hazırlayır. Rusiyada paralel araşdırma aparılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az