Günay Hüseynova: “Hazırda rublun möhkəmlənməsinin Azərbaycana təsiri olmasa da, gələcəkdə taxıl məhsullarının qiymətində artım gözlənilir”
Bu gün səhər saatlarında valyutadəyişmə məntəqələrində 1 rus rublu rekord həddə – 6,15 təngəyə dəyişdirilib. Konkret.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, rublun möhkəmlənməsi Qazaxıstanda inflyasiyanın yeni dalğasından xəbər verir. Tanınmış iqtisadçı Arman Bayqanov bildirib ki, Rusiyadan gələn məhsulların, maşınqayırma sənayesinə aid qurğuların, ərzaqların, dəmir və rus qızılının qiymətlərində kəskin bahalaşma gözlənilir. Qazaxıstanda rublun bahalaşmasının Azərbaycana təsiri olacaqmı? İqtisadçı-ekspert Günay Hüseynova Konkret.az-a açıqlamasında bildirib ki, hazırda rublun möhkəmlənməsinin Azərbaycana təsiri olmasa da, gələcəkdə taxıl məhsullarının qiymətində artım gözlənilir. Günay Hüseynova vurğulayıb ki, Rusiya rublunun sanksiyalara baxmayaraq möhkəmlənməsi Azərbaycana gətirilən məhsulların qiymətlərinə birbaşa təsir edəcək. Amma bu gün hələ Azərbaycan manatı stabildir.Yəni kəskin artım barədə danışmaq tezdir.