Qazaxıstanda yük qatarı qəzaya uğradı – VİDEObackend

Qazaxıstanda yük qatarı qəzaya uğradı - VİDEO

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus dəmir yollarının mətbuat xidməti məlumat yayıb.

Hadisə Qazaxıstanın “Dostıq” dəmir yolu stansiyasında qeydə alınıb.

Belarusun kalium gübrələrini daşıyan qatarın relsdən çıxması nəticəsində vaqonlar yaxınlıqdakı relsdə dayanan lokomotivə çırpılıb. Stansiyada infrastruktura ziyan dəyib.

İlkin səbəb kimi qatarın altındakı açarın nasazlığı göstərilir.

Qəza Qazaxıstanla Çin arasında qatarların hərəkətinə təsir göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*