Qazaxıstandakı meşə yanğınında ölənlərin sayı artdıbackend

Qazaxıstandakı meşə yanğınında ölənlərin sayı artdı

Qazaxıstanda iyunun 8-də ölkənin şərqindəki Abay vilayətində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 15-ə yüksəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 10-da yoxa çıxan meşə işçisi Sergey Arhipovun cansız cəsədi tapılıb.

Bundan əvvəl sözügedən işçinin yanğınsöndürmə işləri üçün traktoru ilə yola çıxdığı, bir müddət sonra onunla əlaqənin kəsildiyi açıqlanıb.

Qeyd edək ki, iyunun 12-də ölkədə həyatını itirən meşə işçiləri üçün “Ümummilli matəm” elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*