Qazaxıstanın ən yaxşı 5 turizm şəhəri – FOTOLARbackend

Qazaxıstanın ən yaxşı 5 turizm şəhəri - FOTOLAR

Qazaxıstanın ən yaxşı 5 turizm şəhərinin adları açıqlanıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 4 ayında 3,5 milyon qazaxıstanlı ölkə daxilində səyahət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur.

5. Aktau


İlk beş istiqaməti Xəzərin mirvarisi – Aktau açır. Bu ilin yanvar-aprel aylarında şəhəri 220 660 qonaq ziyarət edib. Yay mövsümünə qədər isə turistlərin Manqistau vilayətinə marağı 20 faizə yüksəlib.

4. Atırau


Atırau da məşhur turistik yerlər siyahısına daxildir. İlin əvvəlindən şəhərə 305 460 nəfər səfər edib. May ayında Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə rayonda “Sarayşık” mərkəzi istifadəyə verilib. Turistlərin Qazax xanlığının, Qızıl Ordanın və daha əvvəlki dövrlərin tarixi ilə tanış olması üçün burada hər şey var.

3. Çimkənt


Qonaqpərvərliyi ilə məşhur olan Çimkənd turistlərin sayına görə liderlik edir. Yanvar-aprel ayları arasında bu şəhəri 346 280 nəfər ziyarət edib. İstənilən qonaq burada öz zövqünə uyğun istirahət seçə bilər. Burada müqəddəs, tarixi yerləri ziyarət edə, sanatoriyalarda istirahət edə və ya şəhərdə tez-tez keçirilən idman və mədəni tədbirlərə gedə bilərsiniz.

2. Astana


Astana təkcə inzibati deyil, həm də turistlər üçün cazibə mərkəzidir. Təkcə bu ilin dörd ayında paytaxta 951 min 750 nəfər səfər edib. Hazırda şəhərin yaxınlığında ölkənin ən böyük açıq səma altında muzeyinin tikintisi davam edir. Qədim Bozok yaşayış məskəni Astananın əsas turistik məkanına çevrilir.

1. Almatı


Xizək kurortları, gözəl təbiəti, əlverişli iqlimi, qonaqpərvərliyi və digər üstünlükləri Almatını ölkənin ən turistik şəhəri edir. Bu ilin ilk dörd ayında şəhəri 1 milyon 185 min 130 nəfər ziyarət edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*