“Qazaxıstanlılar AZAL-ın təyyarə qəzasında həlak olanlara və yaralılara bir tona yaxın qan veriblər”.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsinin qəzaya uğraması xəbərindən sonra xeyli sayda yerli sakin könüllü olaraq tibb müəssisələrinə gedərək xəsarət alan sərnişinlər və ekipaj üzvləri üçün qan verib.
O cümlədən, 1,5 mindən çox qazaxıstanlı donor olub. Yaralılara kömək üçün 800 litrə yaxın qan veriilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az