Qazinin qadını məktəbdə qətlə yetirməsinin TƏFƏRRÜATI: Münasibətdə olublar… – YENİLƏNİBbackend

Qazinin qadını məktəbdə qətlə yetirməsinin TƏFƏRRÜATI: Münasibətdə olublar... - YENİLƏNİB

Bu gün İsmayıllıda orta məktəbdə baş verən qətlin təfərrüatı məlum olub.

KONKRET.az xəbər verir ki,“Kriminalqafqaz” cinayəti törətməkdə şübhəli bilinən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədlinin şəklini əldə edib.

Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Buna görə dünən Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar bu gün məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.

Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.

Məlumata görə, Bəxtiyar Əhmədli Vətən müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib.

***

15:03
İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub.

Bu barədə KONKRET.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i rayonun Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

13:25
İsmayıllı rayon, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.

KONKRET.az xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb.

B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*