Qazprom: “Avropada qazın qiyməti 4 min dolları keçəcək”backend

Qazprom: "Avropada qazın qiyməti 4 min dolları keçəcək"

Rusiyanın “Qazprom” şirkətinin MDB-dən kənar ölkələrə qaz ixracı 78,5 milyard kubmetr təşkil edib. Eyni zamanda şirkətin Çinə ixracı artıb. Hesablamalarına görə, qışda Avropada qazın 1000 kubmetr üçün qiyməti 4 min dolları keçəcək. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət hesabat təqdim edib.

Hesabatda göstərilir ki, “Qazprom”un hasilatı yanvarın 1-dən avqustun 15-dək ilkin məlumatlara görə, 274,8 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% (41,7 milyard kubmetr) azdır. Şirkətin daxili bazarda qaza tələbatı 2,3% və ya 3,6 milyard kubmetr azalıb.

Qeyd edək ki, iyulun sonunda Avropada qazın qiyməti qalxmağa başlayıb və 1000 kubmetr üçün 2 min dolları keçib. Buna səbəb “Qazprom”un “Şimal axını” ilə təchizatını azaltması olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*