Rusiyanın enerji şirkəti “Qazprom” təbii qaz ixracının azaldığını bildirib.
KONKRET.az xəbər verir ki, “Qazprom”dan verilən açıqlamaya görə, şirkətin ilin ilk üç ayında təbii qaz hasilatının əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişmədiyi, təbii qaz ixracatının isə azaldığı bildirilib.
Bildirilib ki, sözügedən dövrdə şirkətin MDB-dən kənar ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq 38,5 milyard kubmetr olub. Şirkətin təbii qaz hasilatı dəyişməz qalıb və 135 milyard kubmetr olub.
Açıqlamada şirkətin Çinə ixracının artdığı, Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbətinin isə 26 faiz səviyyəsində olduğu bildirilib.
İqbal Rzayev,
KONKRET.az