Qəbələdə ağır qəza: 15 nəfər xəsarət aldı – YENİLƏNİBbackend

Qəbələdə ağır qəza: 15 nəfər xəsarət aldı - YENİLƏNİB

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13:30

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, ölənlər və xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, hərəkətdə olan mikroavtobus və minik avtomobili toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Hazırda hadisə yerində araşdırma aparırlar, ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*