Qəbələdə talvar avtomobillərin üzərinə aşdıbackend

Qəbələdə talvar avtomobillərin üzərinə aşdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*