“Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir” – Komitə sədribackend

“Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir” - Komitə sədri

“Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”.

KONKRET.az unikalaz-a istinadən xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri, deputat Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

Deputat qeyd edib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır: “Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*