Qeqamyan: “Genişmiqyaslı müharibə ehtimalı yüksəlir”backend

Qeqamyan: “Genişmiqyaslı müharibə ehtimalı yüksəlir”

“Yaxın günlərdə Azərbaycan və Türkiyənin Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlaması ehtimalı kifayət qədər yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, sərhədin bütün uzunluğu boyunca böyük miqdarda hərbi texnika və qoşun yığılır. Demək olar ki, cəbhədə hər gün gərginlik artır.

Onun sözlərinə görə, bu dəfə hücum Naxçıvandan olacaq: “Görünən odur ki, düşmən bu istiqamətdə böyük hazırlıq görür. Ola bilər ki, Türkiyə bu məsələdə təkcə koordinator kimi deyil, həm də birbaşa (gizli) iştirak etsin”.

Varujan Qeqamyan daha sonra vurğulayıb: “Söz yox ki, Ermənistan hakimiyyətinin bu təhlükəyə qarşı durmaq üçün nəinki bacarığı, hətta istəyi də yoxdur. Və bu proqram uğur qazanacağı təqdirdə Ermənistan dövləti faktiki olaraq mövcudluğunu dayandıracaq”.

Qeqamyan təklif edib ki, “İlk zəruri addım Ermənistanda mövcud iqtidarı kənarlaşdırmaqdır. Yalnız bu halda hamımızın göstərdiyi səylər səmərəli olacaq. Qalan hər şey özünü aldatmadır”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*