“Qərb İstanbul sazişinin imzalanmasına imkan vermədi” – Lavrovdan ŞOK ETİRAFbackend

“Qərb İstanbul sazişinin imzalanmasına imkan vermədi” - Lavrovdan ŞOK ETİRAF

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları zamanı razılaşdırılmış sülh prinsiplərinin Qərbin müdaxiləsi nəticəsində reallaşmadığını etiraf edib. Bu barədə o, Rusiya-Ermənistan Universitetində çıxışı zamanı bildirib.

KONKRET.az xəbər verir ki, Lavrovun sözlərinə görə, həmin dövrdə Rusiya və Ukrayna nümayəndə heyətləri konkret razılaşmalara yaxın olsalar da, Qərb ölkələri, xüsusilə ABŞ, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın indiki Baş naziri Kir Starmerin təzyiqləri nəticəsində razılaşma pozulub. “Bu gün artıq ‘atəşkəs olsun, sonra baxarıq’ yanaşması işləmir. Münaqişənin həlli üçün real siyasi iradə tələb olunur”, – deyə Lavrov qeyd edib.

Xatırladaq ki, 2025-ci il mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında növbəti danışıqlar keçirilib. Görüşdən sonra tərəflər əsirlərin “minə-min” prinsipi ilə dəyişdirilməsi, mümkün atəşkəs barədə mövqelərin qarşılıqlı təqdim olunması və danışıqlar prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva görüşün nəticələrindən məmnundur və dialoqun davam etdirilməsinə tərəfdardır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*