Qərb Ukraynaya görə Rusiya ilə müharibəyə hazır deyil.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.
“Açıq şəkildə görünür ki, Qərb bu gün Ukraynaya görə Rusiya ilə döyüşməyə hazır deyil. Bəzi qərbli liderlərin açıq bəyanatlarına baxmayaraq, yaranan gərginlik onları düşünməyə məcbur etdi”, – Zatulin bildirib.