Qərbdə hər Quran kitabı yandırılanda hansı hadisələr baş verib? – ƏTRAFLIbackend

Qərbdə hər Quran kitabı yandırılanda hansı hadisələr baş verib? - ƏTRAFLI

İsveçin paytaxtında Qurani-Kərimin yandırılması ilə bağlı hadisə Qərbdə mövcud olan ümumi anti-İslam cərəyanının davamıdır. Danimarka millətçisi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında etdiyi hərəkət Ankarada, Bakıda, Tehranda, Fars körfəzi ölkələrində və Rusiyada dərhal diqqət çəkib. Xarici İşlər Nazirlikləri və bu ölkələrin nümayəndələri sağçı radikalın əməlini pisləyib, onu satanizm və barbarlıqla müqayisə ediblər.

KONKRET.az xəbər verir ki, 5-ci çağırış Rusiya Dövlət Dumasının deputatı, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Quranın açıq şəkildə yandırılmasını təşviq etdiyinə görə İsveçin cəzalandırılmasını zəruri sayıb. Həmçinin İslam dünyasının cihad elan etməsini istəyib. Qeyd edək ki, bundan əvvəl də müsəlmanlar üçün müqəddəs sayılan kitaba qarşı təhqirlərə yol verilib. Bu hadisələrin əksəriyyəti Qərbdə baş verib. ABŞ vətəndaşlarının yarısından çoxu isə İslamın müqəddəs kitabına qarşı xoşagəlməz hərəkətlər ediblər.

“11 sentyabr” qurbanlarının xatirəsini Quranı yandırmaqla yad ediblər

2010-cu ildə amerikalı yevangelist keşiş Terri Cons Quranın yandırılması ilə bağlı misli görünməmiş bir fikir səsləndirib. Sentyabrın 11-də bu əməli törətmək planlaşdırılıb. Bunun üçün o, 200 nüsxə Quran toplayıb. BMT, Vatikan və İslam dünyasının reaksiyasından sonra Cons belə bir təşəbbüsdən əl çəkib. Buna baxmayaraq həmin təşəbbüs sentyabrın 11-də Quranın iki cildinin yandırılması ilə başa çatıb.

Cons 2011-ci il martın 21-də Floridada kilsədə Quranı yandırıb. Bu işdə ona başqa bir fanatik Ueyn Sip kömək edib. Bu, Əfqanıstanın şəhərlərində etirazlara və aprelin 1-də BMT-nin Məzari-Şərif şəhərindəki missiyasına hücuma səbəb olub. Mavi Məsciddə qılınan cümə namazından sonra 4 minə yaxın insan etiraz aksiyasına çıxıb. Onlar “ABŞ-a ölüm” şüarı ilə BMT-nin şəhərdəki ofisinin binasına doğru irəliləyərək qurumun mühafizəçiləri və əməkdaşlarına atəş açıblar. Nəticədə üç əcnəbi – Təşkilatın əməkdaşları həlak olub. Missiyadan yeganə sağ qalan rusiyalı Pavel Erşov olub. O, üsyançıları İslamı qəbul etdiyinə inandıra bilib. Bu hadisədən sonra Britaniya Consun ölkəyə daxil olmasına icazə verməyib və Pakistanın daxili işlər naziri Rəhman Malik axmaq keşişdən İnterpola şikayət edib.

“Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimə”

2012-ci ildə keşiş Quranı yenidən yandırib. Bu dəfə yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə 271 dollar cərimə ödəyib. Polis isə onun nə etdiyinə fikir vermədən, qaydaları pozmasına reaksiya verib və bu, təəssüf doğuran bir faktdır. Növbəti il ​​Cons 11 sentyabr hadisələrinin ildönümündə 3000-ə yaxın Quranı yandırmağa cəhd etdiyinə görə həbs olunub.  Consun sonradan etiraf edib ki, 11 sentyabr terror hücumu qurbanlarının sayına uyğun olaraq 2998 Quran nüsxəsini yandırmaq qərarına gəlib.

Avropa cinayətləri

Qeyd edək ki, islamofobların bu cür qəzəbli hərəkətləri təkcə ABŞ-da müşahidə edilmir. Məsələn, Quranın yandırılması ilə bağlı hadisə 2015-ci ildə Fransada qeydə alınıb. Belə ki, bir qrup radikalın “ərəblər, rədd olun!” şüarı ilə ibadət otağını dağıtması, “Bu bizim evimizdir!” deməsi sivil dünyada dini tolerantlığın və həmrəyliyin olmadığının göstəricisi kimi xarakterizə edilib. Bu gün isveçli cinayətkarı təqlid edən holland radikalı Quranı təhqir etmək kampaniyasına qoşulub. O, kitabı bütünlüklə yandırmasa da, bir neçə vərəqi qopardaraq oda atıb. Artıq Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı Niderlandın səfirini çağırıb.

Belə hadisələrin cərimə deyil, həbslə cəzalandırıldığı postsovet ölkələri müqəddəs kitablarla davranmaq barədə Qərbə nümunə ola bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putinin 2010-cu ildə dediyi fikirləri xatırlatmaq yerinə düşər: “Mən Qafqaza gəlib Quranla nəzakətsiz davranan adamın sağlamlığı üçün 10 qəpik verməyəcəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*