“Qərbi Azərbaycanın tarixi və mədəni irsinin rəqəmsal üsullarla təbliği mövzusunda” tədbir keçirildibackend

"Qərbi Azərbaycanın tarixi və mədəni irsinin rəqəmsal üsullarla təbliği mövzusunda" tədbir keçirildi

6 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilən tədbirdə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkil etdiyi “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı layihə çərçivəsində növbəti tədbir keçirildi.

Layihə rəhbəri Vüsalə Hümbətli bildirib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanının tarixi və mədəni irsinin, ədəbi və mədəni mühitinin təbliği, ədəbi nümunələrin geniş auditoriyaya müasir rəqəmsal yaradıcılıq üsulları ilə çatdırılmasının təşviq edilməsidir.  Azərbaycanlıların öz tarixi yurdlarına qayıdışını bu əsərlərdəki nümunələrlə dəstəkləmək, Qərbi Azərbaycanı təmsil edən yaradıcı şəxsləri tanıtmaq, xalq sənətkarlığı nümunələri tarixi və mədəni irs mövzularını önə çıxarmaq da layihənin məqsədlərindəndir. Qeyd olundu ki, gənclər rəqəmsal resurslardan və sosial media vasitələrindən istifadə etməklə Qərbi Azərbaycanının tarixi və mədəni irsini yaymalıdırlar. Qərbi Azərbaycanda azərbaycanlıların maddi və qeyri maddi mədəni irsi, ədəbi və mədəni mühiti haqqında biliklərin artırılması, müasir rəqəmsal məhsulların yaradılması ilə  keçmiş hekayələrin müasir formatda önə çıxarılması və təbliği aktualdır. Qərbi Azərbaycan ədəbi və mədəni mühiti rəqəmsal resurslarda və sosial media platformalarında müasir populyar kontent formasında mövcud deyildir. Qərbi Azərbaycan ədəbi və mədəni mühiti məsələlərini müxtəlif baxış bucaqlarından müzakirə etmək imkanı olsa da bu materiallar diskusiya və şərh edilmir. Bu istiqamətdə müxtəlif kontentlər- podkastlar, audio kitablar, info videolar, komikslər istehsal olunub yayılması vacibdir.

Tədbirdə çıxış edən natiqlər, əsasən, Qərbi Azərbaycan mədəniyyəti və tarixinin gənclər arasında daha geniş şəkildə təbliği ilə bağlı müxtəlif mövzuları müzakirə ediblər. Onlar, həmçinin, müasir informasiya texnologiyalarının və sosial medianın bu sahədəki rolunu vurğulayaraq, gəncləri Qərbi Azərbaycan mədəniyyətinin qorunması və inkişafına dəvət ediblər. Onlar, həmçinin, Qərbi Azərbaycanın tarixi şəxsiyyətləri, mədəni irsi və sosial-media platformalarında bu mövzularla bağlı məlumatların genişlənməsi məsələlərinə toxunublar.Bottom of Form

Sonda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*