“Əgər Bakı Qərbin planlarına boyun əyərsə, müharibə İranda deyil, Azərbaycanda ola bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan “Güc faktoru” proqramının növbəti buraxılışında deyib. O bildirib ki, Qərb Mərkəzi Asiyadan Avropaya enerji resurslarının ixracına nəzarət etmək üçün bölgəmizdə Türkiyə və Azərbaycanı gücləndirir. Bununla da Rusiya və İranı məhv etməyə çalışır.
“Türkiyə hər zaman Qərb üçün nizə rolunu oynayıb. Buna görə də onun yaratdığı bütün problemlərə gözlərini və qulaqlarını bağlamağa hazırdırlar. Qərbin Ankaranı “cilovlamaq” üçün alətləri var, amma istək yoxdur. Onlar bunu açıq deyə bilmirlər, ona görə də hər şey dinc gündəmin bir hissəsi kimi təqdim olunur.
Burada sülh yoxdur, belə şəraitdə sülh ola bilməz. Əgər həqiqətən sülh istəyirlərsə, o zaman müharibədən əvvəl bu barədə danışsınlar və erməni xalqını aşağılamadan hər şeyi etsinlər.
Qərb müharibənin qarşısını almadı, Türkiyənin bu işə qarışmasını əngəlləmədi, mən əminəm ki, dəqiq istiqamətləri məhz onlar verir.
Bakı Qərbin planlarına “uysa”, onların İranda görmək istədikləri müharibənin Azərbaycanda olması mümkündür.
Burada sual yaranır ki, Ermənistan hansı rolu oynayacaq və onun öhdəlikləri nədən ibarətdir?
Narahatlığa səbəb olan bir çox test var. Biz əlimizdən gələni etməliyik ki, bu aksiyaların başlaya biləcəyi yerə çevrilməsin.
Sual yaranır: həm regionumuzda, həm də Ukrayna cəbhəsində kəskinləşmələrin müşahidə olunduğu bir vaxtda niyə anti-Rusiya addımları atılır? Bunun məqsədi nədir?”, – deyə Ağacanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az